“İstisna etmirəm ki, nə vaxtsa şahmat tacı uğrunda görüşdə oynayacam, xüsusən də format dəyişsə”
Ucnoqta.az xəbər verir ki, Norveç şahmatçısı Maqnus Karlsen gələcəkdə yenidən dünya çempionu adı uğrunda mübarizə apara biləcəyini bildirib.
“Bunun mümkün olub-olmaması ilə bağlı spekulyasiya etmək istəmirəm, amma gələcəkdə belə bir ehtimalı mütləq istisna etmirəm. Xüsusən də matçın formatını dəyişsələr. Əlbəttə ki, bunu təklif etmək mənlik deyil, amma istərdim ki, matçda gedişləri düşünmək üçün vaxt az və daha çox oyun olsun.
Düşünürəm ki, Fişer şahmatında əksinə, düşünmək üçün daha çox vaxt lazımdır, çünki onlar daha çətindir”, – Karlsen bildirib.
Qeyd edək ki, Karlsen hazırkı dünya çempionudur. O, rusiyalı Yan Nepomnyaşiy ilə görüşdə titulunu qorumalı idi, lakin görüşdən imtina etdi. İndi Nepomnyaşiy çinli Lijen Dinqlə oynayacaq və Maqnus titulunu itirəcək.