Lionel Messi karyerasını ABŞ-da davam etdirə bilər.
Ucnoqta.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, "İnter Mayami" PSJ-nin hücumçusunu transfer etməkdə maraqlıdır. MLS klubunda 35 yaşlı futbolçunun onlara qoşulacağına böyük inam var.
Argentinalı futbolçunun karyerasını davam etdirməsi üçün müxtəlif variantlar var. Məsələn. hazırda oynadığı PSJ ilə müqavilənin uzadılması və “Barselona”ya qayıtması, amma Mayami klubuna transfer variantı digərlərindən daha çox real görünür. Hələlik "İnter" Messinin onlara qoşulacağını gözləyir və yaxın aylarda hücumçu ilə müqavilə imzalamağa ümid edir.
Bildirilir ki, bir neçə ildir ki, tərəflər arasında təmaslar davam edib. Lionelin atası Xorxe Messi MLS klubunun sahibləri ilə çoxlu görüşlər keçirib. Gözlənilir ki, dünya çempionatının sonuna qədər tərəflər heç nə müzakirə etməyəcəklər.
Qeyd edək ki, “İnter”in ortaq sahiblərindən biri “Mançester Yunayted”in keçmiş futbolçusu Devid Bekhemdir.