Azərbaycanlı hakim ilk dəfə ÇL-nin qrup mərhələsi oyununa təyinat alıb

11:39 - 31 Oktyabr 2022 - İDMAN

Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

"Report"un əldə etdiyi məlumata görə, 35 yaşlı hakim Danimarkada "Kopenhagen" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçiriləcək VI tur matçını idarə edəcək.

Qeyd edək ki, noyabrın 2-də "Parken" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər xətti