Şahin Bağırov yeni şöbə yaratdı, xanımı rəis təyin etdi - FOTO

13:49 - 29 Oktyabr 2022 - Xəbər

Dövlət Gömrük Komitəsində idarə statusunda yeni şöbə yaradılıb. 

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmri imzalayıb.

Əmrə əsasən, Dövlət Gömrük Komitəsinin Məxfi sənədlərlə iş şöbəsi yaradılıb və Əsədova Rüfanə Salman qızı rəis təyin edilib.


Xəbər xətti