"Qarabağ" "Nant"a məğlub oldu     
                    
                    
                    
                        
                                         
             
            07:37  -  28 Oktyabr   2022 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.
Ucnoqta.az xəbər verir ki, Ağdam təmsilçisi Fransada “Nant”ın qonağı olub. Rəqib Şahruddin Məhəmmədəliyevin kobud səhvindən hesabı açıb.
İkinci yarıda Filip Ozobiç penaltidən bərabərlik qoluna imza atıb. Meydan sahibləri uzatma dəqiqələrində qələbə qolunu vurmağa müvəffəq olub – 2:1. Bununla da ikinci yerin taleyi sonuncu tura qalıb.
Qeyd edək ki, sonuncu turun görüşləri noyabrın 3-də təşkil olunacaq. “Qarabağ” “Frayburq”u, “Olimpiakos” “Nant”ı qəbul edəcək.