UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, ən yaxşı “11-lik”də Fransa PSJ-sindən iki, digər 9 kollektivdən isə hərəyə bir futbolçu yer alıb.
Qapıçı: Dioqu Koşta (“Portu”, Portuqaliya)
Müdafiəçilər: Qonsalo Montiel (“Sevilya”, İspaniya), Matteo Qabbiya (“Milan”, İtaliya), Leo Estiqor (“Napoli”, İtaliya), Endryu Robertson (“Liverpul”, İngiltərə)
Yarımmüdafiəçilər: Serj Qnabri (“Bavariya”, Almaniya), Markus Edvards (“Sportinq”, Portuqaliya), Yannik Karrasko (“Atletiko” Madrid, İspaniya)
Hücumçular: Lionel Messi, Kilian Mbappe (hər ikisi PSJ, Fransa), Mehdi Taremi (“Portu”, Portuqaliya).///oxu.az