"Nant" Fransada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununa ciddi itki ilə çıxacaq.
Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə komandanın baş məşqçisi Antuan Kombuare matçdan öncə təşkil olunan mətbuat konfransında açıqlama verib.
59 yaşlı mütəxəssis bildirib ki, malili müdafiəçi Şarl Traore zədə səbəbindən görüşü buraxacaq.
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.