Luka Modriç karyerasını başa vurur

18:23 - 25 Oktyabr 2022 - İDMAN

Xorvatiya millisinin və “Real Madrid”in futbolçusu Luka Modriç bu il keçiriləcək dünya çempionatından sonra yığmadakı karyerasını başa vuracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə 37 yaşlı yarımmüdafiəçi öz açıqlamasında bildirib: “Mən artıq müəyyən yaşa çatdığımı və bunun Xorvatiya millisində sonuncu turnirim olduğunu bilirəm”.

Modriç 2006-cı ilin martında milli komandada debüt edib. Kapitan Xorvatiya yığmasında 154 oyunda 23 qol vurub və 24 qolun ötürməsini verib.

Noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatında Xorvatiya millisi F qrupunda Belçika, Kanada və Mərakeş ilə birgə mübarizə aparacaq. Yığma yarışda ilk oyununu noyabrın 23-ü Mərakeşə qarşı keçirəcək.

Xəbər xətti