Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Nant" (Fransa) - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.
Ucnoqta.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Danimarkalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Yakob Kehletə Lars Hummelqaard və Viktor Skutte köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jorgen Burçardt yerin yetəricək. VAR hakimi Jeroen Mansçot, onun köməkçisi Rob Dieperink (hər ikisi Niderland) olacaq.
Qeyd edək ki, oktyabrın 27-i Fransada keçiriləcək "Nant" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.