AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, o, Latviyada RFS və İtaliya "Fiorentina"sı arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununun UEFA nümayəndəsi Könül Mehdiyeva olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 3-də oynanılacaq.