Güləşçimiz erməni rəqibini məğlub etdi

17:57 - 22 Oktyabr 2022 - İDMAN

Azərbaycanın sərbəst güləşçisi Hacımurad Hacıyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.

Ucnoqta.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Hrayr Əlixanyanı məğlubiyyətə uğradıb.
Hacıyev finala gedən yolda Vasile Diakonla (Moldova) güləşəcək.

125 kq-dakı Vahid Qalayev eyni raundda Əlişir Yergaliyə (Qazaxıstan) uduzub. 61 kq-da yarışan İntiqam Vəlizadə 1/8 finalda Elkin Santaya (Kolumbiya) yenilib.

Bu gün həmçinin 70 kq-dakı Kənan Heybətov bürünc medal uğrunda Orozobek Toktomambetovla (Qırğızıstan), 97 kq-dakı İslam İlyasov Andro Marqişvili (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən isə Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.

Xəbər xətti