UEFA Rusiyaya təzminat ödəyib
16:23 - 22 Oktyabr 2022 - İDMAN
UEFA 2021/2022 mövsümündə Çempionlar Liqasının final oyununun yerinin dəyişdirilməsinə görə Rusiyaya təzminat ödəyib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə matçın hazırlıq üzrə Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin məlumat verib.
O, Avropa futbol qurumundan xərclərə görə kompensasiya alındığını bildirib. Sorokin təzminatın bütün podratçılara ödəndiyini vurğulayıb.
Qeyd edək ki, UEFA final qarşılaşmasını Ukrayna ilə müharibəyə görə Sankt-Peterburqdakı "Qazprom Arena"dan alıb. Fransanın paytaxtı "Stad de Frans"dakı görüşdə İspaniyanın "Real Madrid" komandası İngiltərə "Liverpul"unu məğlub edib - 1:0.