Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.
Ucnoqta.az xəbər verir ki, 72 kq-da çıxış edən idmançı finalda xorvatiyalı Pavel Puklavetsə hesabı 8:2 ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan yığması mundialı 3 medalla başa vurub. Daha əvvəl Nihad Quluzadə (55 kq) və Nihad Məmmədli (60 kq) ikinci yeri tutub.
///report