“Real”ın və Fransa millisinin futbolçusu Kərim Benzema “Qızıl Top”un təqdimetmə zamanı çıxışında braziliyalı hücumçu Ronaldodan danışıb.
Ucnoqta.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 35 yaşlı forvard Ronaldonu ən yaxşı hücumçu adlandırıb: “Ronaldo yeganə futbolçudur ki, onun xətrinə heç nə demədən ehtiyat oyunçular skamyasında oturardım. O və Zidan. Ronaldo futbolda gəlib-keçmiş və bundan sonra da ən yaxşı hücumçudur. Buna əminəm”.
Benzema çıxışında ailə üzvlərinə də təşəkkür edib:
“Anam mənə çox kömək edib və şadam ki, indi o burdadır. 30 ildən çox təcrübən olaraq belə mükafatı qazanmaq böyük əməyin nəticəsidir. Mən digərlərindən bir az çox məşq edirəm. Bunun üçün isə motivasiya lazımdır”.///Msport.az