Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə qələbə qazandı

00:12 - 16 Oktyabr 2022 - İDMAN

"Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turniri davam edir.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirin ikinci günündə daha 4 oyun keçirib.

Günün ilk görüşündə (5-ci turda - red.) almaniyalı Vinsent Keymer ilə qarşılaşan Şəhriyar qara fiqurlarla məğlub olub.

6-cı turda Məmmədyarovun rəqibi hindistanlı Aditya Mittal olub. Ağ fiqurlarla oynayan Azərbaycan təmsilçisi qalib gəlib.

Növbəti mərhələdə Rumıniyanı təmsil edən Riçard Rapportla qarşılaşan "Şah" bu dəfə də qara fiqurlarla qələbə qazanıb.

Günün sonuncu, turnirin isə 8-ci turunda yenə ağ fiqurlarla, bu dəfə ispan Anton Quyixarro ilə üz-üzə gələn Məmmədyarov günü qələbə ilə başa vurub.

Beləliklə, Azərbaycan qrossmeysteri 8 oyundan sonra 16 xal toplayıb.

Xəbər xətti