“Mançester Yunayted”in hücumçusu İngiltərədə həbs edildi

16:35 - 15 Oktyabr 2022 - İDMAN

Böyük Britaniya polisi İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Meyson Qrinvudu həbs edib.

Futbolçu zorlamada şübhəli bilinir. O, həmçinin girov qarşılığı azadlığa buraxılma qaydalarını pozmaqda da ittiham olunur.

Futbolçunun öz qurbanı ilə görüşdüyündən şübhə edilir ki, bu da Britaniya qanunları ilə qadağan edilib.

Mançester polisi Qrinvudu malikanəsində həbs edib və futbolçu dindirilmə prosesindədir.

Xatırladaq ki, yanvarın 30-da hücumçunun sevgilisi, model Harriet Robson sosial şəbəkələrdə dodaqları partlamış halda və bədənində qançırlar olan fotolarını yayımlayıb. O bildirib ki, Qrinvud onu döyüb və zorlayıb. Daha sonra “Mançester Yunayted” 20 yaşlı futbolçunu komanda ilə məşqlərdən uzaqlaşdırıb.

Qrinvud manikunianlıların yetirməsidir və 2018-ci ildən əsas komandada çıxış edir.///oxu.az

Xəbər xətti