Şəhriyar Məmmədyarov Maqnus Karlseni məğlub etdi

22:55 - 14 Oktyabr 2022 - İDMAN

Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsinə qələbə ilə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Aimchess Rapid” adlanan mərhələ yarışının birinci turunda şahmatçımız hazırkı dünya çempionu norveçli Maqnus Karlsen üzərində qələbə qazanıb, ikinci turda isə polşalı Yan Kşiştov Dudaya məğlub olub.

Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offa vəsiqə qazanacaq.

Xəbər xətti