Nurlan İbrahimov yeni şirkət yaratdı - FOTO

09:55 - 12 Oktyabr 2022 - İDMAN

“Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimovun yeni iş yeri müəyyənləşib.

Ucnoqta.az xəbər verir ki, UEFA tərəfindən futbol fəaliyyətinə ömürlük qadağa qoyulan həmkarımız özünə yeni şirkət açıb.

Qeyd edək ki, Nurlan İbrahimov 44 günlük Qarabağ müharibəsi dönəmində düşmən ordusunun Gəncəyə atdığı raket nəticəsində dünyasını dəyişən körpələrə görə "Facebook" hesabında ermənilərin ünvanına sərt fikirli paylaşım etdiyi üçün UEFA tərəfindən futbol fəaliyyətinə ömürlük qadağa qoyulub. Klub isə 100 min avro cərimələnib.

Xəbər xətti