Uşaqlardan pul istəyən daha bir müəllimin səsi YAYILDI

20:22 - 11 Oktyabr 2022 - Cəmiyyət

Son dövrlərdə müəllimlərin şagirdlərdən pul tələb etdiyi ilə bağlı səsyazıları yayılmaqdadır.

Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, daha bir səsyazısını təhsil eksperti Elçin Əfəndi paylaşıb.
Paylaşımda qeyd edilən məlumata görə, səsyazısındakı şəxs Saray qəsəbəsi, 2 saylı məktəbin 7ç sinfinin müəllimidir.

Səs yazısından belə məlum olur ki, bu günlərdə qeyd edilən müəllimlər günündə onu təbrik etməyən şagirdlərə və valideynlərə üsyan edir: “Məni tək-tək gəlib sayıb, hörmət etdilər, siz də edə bilərdiniz”.

”Təcili bu şəxs haqqında tədbir görülməlidir. Ümumiyyətlə, təhsildən belə naqislər uzaqlaşdırılmalıdır.” – deyə təhsil eksperti paylaşımında qeyd edib.

Səs yazısını təqdim edirik:

Xəbər xətti