Bu həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı

15:44 - 11 Oktyabr 2022 - Xəbər

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

Ucnoqta.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il noyabrın 1-dək veriləcək.

Əvvəl bu müddət 2022-ci il sentyabrın 1-dək müəyyən edilmişdi.

 

Xəbər xətti