Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.
Ucnoqta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Belçikada "Yunion" və Portuqaliyanın "Braqa" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununu idarə edəcək.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli laysmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri türkiyəli Abdulkadir Bitigen və Mete Kalkavandır.
Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də keçiriləcək.///report