“Püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı”.
Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
İtaliyalı mütəxəssis yığmamızın F qrupunda yer almasına münasibət bildirib: “Asan qrup deyil. Rəqiblərimizi ayrı-ayrılıqda dəyərləndirməli olsaq, təbii ki, qrupun aşkar favoriti Belçika millisidir. Eyni zamanda, digər iki komandanı - İsveç və Avstriya millilərini də xüsusi qeyd etməliyik. Belə güclü rəqiblərlə rəqabət apara bilmək üçün daha artıq çalışmalı, daha çox fədakarlıq etməliyik”.
Qeyd edək ki, millimiz DÇ-2024-ün seçmə mərhələsində Belçika, Avstriya, İsveç və Estoniya ilə qarşılaşacaq. İlk oyun gələn ilin martında baş tutacaq.