"Qarabağ" "Olimpiakos"u darmadağın etdi

00:51 - 7 Oktyabr 2022 - İDMAN

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan təmsilçisi Yunanıstanda "Olimpiakos"un qonağı olub. Qarşılaşma “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ" Avroliqada növbəti matçını oktyabrın 13-ü evdə "Olimpiakos"a qarşı keçirəcək. 

6 oktyabr

Avropa Liqası, 3-ü tur

G qrupu

23:00. “Olimpiakos” (Yunanıstan) - “Qarabağ” (Azərbaycan) - 0:3

Qollar: Ovusu Kvabena, 68, Marko Veşoviç, 82, Ramil Şeydayev, 86
Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)
Pirey. "Georgios Karaiskakis" stadionu
 

Xəbər xətti