Kataloniya nəhənginin rəhbərliyi komandanın ən yaxşı iqtisadi vəziyyətindən uzaq olmasına baxmayaraq, bahalı oyunçu alışlarını davam etdirir. Və bunu təbii ki, kreditlə edir.
“Catalunya Radio”nun jurnalisti Laya Tudelin hesablamalarına görə, “Barselona” hələ də digər Avropa klublarına böyük məbləğdə borcludur.
Hazırda borcun miqdarı oyunçu transferləri üçün təxminən 125 milyon avrodur. 42 milyon “Ayaks”a qaytarılmalıdır - Frankie de Jong üçün 32, Serjinyo Desta üçün 10.
"Mançester Siti" Ferran Torres üçün 52 milyon funt-sterlinq gözləyir. Qeyd olunur ki, bu, klubun iqtisadi hesabatında göstərilib ki, qışda britaniyalılar cəmi üç milyon avro məbləğində tranş alıblar.
Miralem Pyaniçi Arturla dəyişdirən “Barselona” hələ də "Yuventus"a 36 milyon avro borcludur.
İspanlar “Liverpul”dan transfer etdikləri Filipp Koutinyonu hələ də İngiltərə klubuna 14 milyon avro qaytarmayıblar, lakin bu məbləğin böyük hissəsini bir oyunçunun birminqemlilərin düşərgəsinə tam hüquqlu transferi üçün “Aston Villa”dan alacaqlar. ///lent.az