“El-Klasiko”nun vaxtı dəqiqləşib

11:00 - 27 Sentyabr 2022 - İDMAN

İspaniya La Liqasının “Real” – “Barselona” matçının vaxtı dəqiqləşib.

Apasaport.az saytının məlumatına görə, IX tura təsadüf edəcək “El-Klasiko” oktyabrın 16-da keçiriləcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:15-də başlayacaq. Matç Madriddəki “Santyaqo Bernabeu”da təşkil olunacaq.

Qeyd edək ki, 6 turdan sonra “Real” 18 xalla birinci, “Barselona” 16 xalla ikincidir.

 

Xəbər xətti