19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2-ci qrupda yer alan yığmamız Türkiyə seçməsi ilə qarşılaşıb.
Bolqarıstanın Albena şəhərində oynanılan görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Miloş Velebitin baş məşqçi olduğu kollektivdən yeganə qolu 44-cü dəqiqədə penaltidən Nəriman Axundzadə vurub. 50-ci dəqiqədə Qurban Səfərov qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Bolqarıstana minimal hesabla uduzub – 0:1.
Bu qələbədən sonra xallarını 4-ə çatdıran Türkiyə yığması liderliyə yüksəlib. Xalı olmayan Azərbaycan millisi isə sonuncudur.
AÇ-nin seçmə mərhələsi
2-ci qrup
24 sentyabr
Türkiyə – Azərbaycan – 5:1
Qollar: Ayberk Karapo, 8. Hamza Akman, 10; 83. Burak İnce, 28 (penalti). Emir Ortakaya, 76 – Nəriman Axundzadə, 44 (penalti)
Qırmızı vərəqə: Qurban Səfərov, 50 (Azərbaycan)
Hakimlər: Helgi Mikael Yonasson, Egill Gudvardur Gudlauqsson (hər ikisi İslandiya), Xristo Hadjiyski (Bolqarıstan)
Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan)