Trnavada Slovakiya və Azərbaycan milli komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyununun təyinatları açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Uilyam Kollama Devid Makgiçi və Frensis Konnor laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Doland Robertson yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 22-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.