“Bu psixoloji cəhətdən bizə ağır zərbə oldu” - Rəşad Sadıqov - Video

10:37 - 19 Sentyabr 2022 - İDMAN

“Zirə” Azərbaycan Premyer Liqasının 7-ci turunun oyununda doğma meydanda “Qarabağ”a 1:7 hesabı ilə məğlub olub.

Matçdan sonra keçirilən mətbuat konfransında qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlər önündə çıxış edib:


“Çox danışılacaq bir şey yoxdur. Rəqib açıq-aşkar bizdən üstün idi. Birinci hissədə düşündüyümüz kimi oyun gedirdisə, ikinci hissədə bunun əksini gördük və nəticədə böyükhesablı məğlubiyyət oldu.

Bir çox səbəblər var. “Qarabağ”ın futbolçuları bu gün böyük istəklə oynayırdılar. Adətən belə periodda, dalbadal oyunlarda “Qarabag”da boşluq görürdük. Amma bu gün hər futbolçu motivasiya ilə oynayırdı. 43-cü dəqiqədə o cür qol buraxmaq bizə psixoloji cəhətdən zərbə oldu, rəqibin isə özünəinamını artırdı. Komandalar ikinci hissəyə fərqli psixoloji halda çıxdılar. Bundan sonra da top itkilərimiz, kobud səhvlərimiz oldu, birə-bir mübarizələrdə uduzduq. Rəqibin qaçırdığı cəmi bir epizod var. 8 epizod yaratdılar, 7-si qol oldu. Avropa oyunlarında “Qarabağ”ın 8-9 qol epizodu olursa və bunun ikisindən yararlanırsa, bu yaxşı göstərici hesab olunur. Bu gün isə nə vurdularsa, hamısı qol oldu. “Qarabağ”ın hücum xəttindəki oyunçular çox dəqiq idi”.///qafqazinfo

Xəbər xətti