Qurban Qurbanov 4 qol vuran oğlundan DANIŞDI

10:18 - 19 Sentyabr 2022 - İDMAN

"Hələ “Qarabağ” üçün tam hazır olmalıdır, sonra milli üçün. Bu barədə fikir bildirə bilmərəm. Yığmanın öz idarəediciləri var".

Bunu "Zirə" ilə matçdan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmada 4 qol vuran oğlu Musa Qurbanlıdan danışarkən deyib

O bildirib ki, qol vuran futbolçuya maraq çox olur: "Bu gün 4 qol vurması tam hazır olması demək deyil. Mənim üçün vacib olan stabil göstəricilərdir. Hazırlıq mərhələləri var, bunların hamısını keçməlidir. Burda çempionat, avrokubok oyunları var. Psixoloji amil vacibdir. Gündən günə inkişaf varsa, yaxşılığa doğru gedir. Öz üzərində çox çalışmalıdır. Məşqçilər olaraq bütün oyunçuların idman formasını yaxşılaşdırmaq istəyirik".

Qeyd edək ki, ötən gün keçirilən "Zirə" - "Qarabağ" matçı Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.///unikal

Xəbər xətti