Azərbaycan və Rusiya antiinhisar xidmətləri memorandumu imzalayıb

11:01 - 12 Sentyabr 2022 - Xəbər

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Rusiya Federasiyasının Federal Antiinhisar Xidməti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Dövlət Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Rusiya Federasiyasının Federal Antiinhisar Xidmətinin rəisi Maksim Şaskolski imzalayıblar.

Memorandumda rəqabət sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, təcrübə mübadiləsi və digər məsələlər öz əksini tapıb.

Xəbər xətti