Daxili İşlər Nazirliyi açıqlama yaydı: Montajdır ... - VİDEO

18:29 - 10 Sentyabr 2022 - Cəmiyyət

Polisin xidməti maşınında qeyri-etik hərəkətlər edilməsini əks etdirən görüntülərlə bağlı Daxili İşlər Nazirliyi açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülər Şamaxı Astrofizika Rəsədxanasında keçirilən yay festivalında qeydə alınıb.

Dünən, yəni festivalın sonuncu günündə iştirakçılar çantaları ağır olduğu üçün ərazidə ictimai asayişi qoruyan polis əməkdaşlarından köməklik istəyiblər və bu səbəbdən xidməti avtomobilə əyləşiblər.

Videoda qeydə alınan səslər isə montajdır, sonradan əlavə olunub. Sosial şəbəkə seqmentlərində həmin görüntülərin reallıqdan kənar başlıqlarla yayılması ictimai fikri çaşdırmaq məqsədi daşıyır.


17:52

Polisin xidməti maşınında qeyri-etik hərəkətlər edilməsini əks etdirən görüntülər yayılıb.

Belə ki, polislər vəzifə başında olarkən xidməti maşına qızları mindiriblər.
Bu zaman qızlardan biri Post Patrul Xidmətinin hərəkətdə olan maşınında yerləşdirilən səsgücləndiricilərdən istifadə edərək, yoldan ötən turistlərə qarşı da etik olmayan davranış sərgiləyiblər.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan bu videodan xəbərdardırlar:

“Hazırda nazirlik tərəfindən araşdırma aparılır”.

Xəbər xətti