Çexiyalı futbol eksperti Martin Vozabal “Qarabağ”la “Viktoriya” arasında keçiriləcək Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşünü dəyərləndirib.
“Qafqazinfo” xəbər verir ki, o, Azərbaycan klubunun səfərdə də öz üslubunu dəyişməyəcəyini deyib:
““Qarabağ”ın böyük gücü var. Klubun büdcəsi də yaxşıdır. “Viktoriya”nı çətin oyun gözləyir. “Qarabağ” səfərdə oynasa da, oyun üslubunu dəyişməyəcək. İrəli atılacaq və mərhələ adlamaq üçün çalışacaq”.
Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” qarşılaşması bu gecə Bakı vaxtilə saat 23:00-da baş tutacaq. Komandalar arasında Bakıda keçirilən ilk matç qolsuz bərabərliklə başa çatıb.