Ucnoqta.az
www.ucnoqta.az

""Viktoriya"nı çətin oyun gözləyir" <font color=red><b>- Çexiyalı ekspert</b></font>

17:23 - 23 Avqust 2022 tarixində dərc olunub.

Çexiyalı futbol eksperti Martin Vozabal “Qarabağ”la “Viktoriya” arasında keçiriləcək Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşünü dəyərləndirib.

“Qafqazinfo” xəbər verir ki, o, Azərbaycan klubunun səfərdə də öz üslubunu dəyişməyəcəyini deyib:

““Qarabağ”ın böyük gücü var. Klubun büdcəsi də yaxşıdır. “Viktoriya”nı çətin oyun gözləyir. “Qarabağ” səfərdə oynasa da, oyun üslubunu dəyişməyəcək. İrəli atılacaq və mərhələ adlamaq üçün çalışacaq”.

Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” qarşılaşması bu gecə Bakı vaxtilə saat 23:00-da baş tutacaq. Komandalar arasında Bakıda keçirilən ilk matç qolsuz bərabərliklə başa çatıb.

Müəllif: