Erməni ailələrinə Laçında qalmağa razılıq verilib?

Ermənistanın “Hraparak” nəşri öz mənbələrinə istinadən avqustun 25-də Azərbaycanın nəzarətinə qayıtmalı olan Laçın şəhərinin Zabux kəndindəki vəziyyətin bəzi təfərrüatlarını yazıb. Qəzetin yazdığına görə, Azərbaycan ermənilərin bu yaşayış məntəqələrindən çıxarılmasını zəruri şərt kimi irəli sürməyib.

Ucnoqta.az xəbər verir ki, Bakı bu ərazidə yaşayan 350-yə yaxın erməninin Azərbaycan vətəndaşı olmaq və Azərbaycan qanunlarına uyğun yaşamaq şərti ilə orada yaşamaqda davam etməsi ilə razılaşır. Eynilə, məsələn, ermənilər Türkiyədə bu dövlətin hakimiyyət və qanunlarına tabe olaraq yaşayırlar.

Belə olan halda Ermənistan hakimiyyəti Laçında və Zabuxda yaşamaq üçün qalan ermənilərin həyatı və təhlükəsizliyi üçün heç bir məsuliyyət daşımayacaq. 

“Onların özünümüdafiə təşkil edib Azərbaycanın tərkibində yaşamağa nə iradəsi, nə də gücü var. 2020-ci il müharibəsindən sonra millətimiz dağıldı və çətin ki, belə yerli və təhlükəli proqramı həyata keçirə bilsin. Buna görə də insanlar evakuasiya ilə barışıblar və artıq əşyalar toplayır, əraziləri tərk etməyə hazırlaşırlar", - Hraparak yazır.

Nəşr onu da qeyd edir ki, bəziləri hətta qəbir daşlarını yığışdırır, yenidən basdırmaq üçün qəbirlərdən bir ovuc torpaq götürür, evləri sökdürür, mümkün olan hər şeyi əlindən alır ki, yeni yerdə həyat sıfırdan başlamasın: 

“Onlara tövsiyə olunur ki, evlərini yandırmasınlar, çünki bu, mənasızdır - İslamı qəbul edən azərbaycanlılar, bir qayda olaraq, ermənilərin evlərində yaşamırlar. Onlara daha bir arqument verirlər: Zabuxada evləri yandırsanız, cavab olaraq azərbaycanlılar suyu, işığı, rabitəni kəsəcəklər. Yeri gəlmişkən, artıq avqustun 22-dən elektrik enerjisinin kəsiləcəyi ilə bağlı xəbərlər yayılıb” (qazeta.az).

Bu arada, Zabuxda erməni əhalisinin çıxarılması prosesi davam edir. Bu barədə Zabuxun qondarma erməni icmasının "rəhbəri” Andranik Çavuşyan deyib. Onun sözlərinə görə, hazırda məktəbin boşaldılması həyata keçirilir.

"Kənddə 54 ailə var. Bu ailələrdən yalnız 7-si Qarabağda qalacaq, digərləri Ermənistanın müxtəlif yerlərinə gedəcək”, - o deyib.

Çavuşyan özü isə Xankəndində qalacağını deyib.

Qeyd edək ki, Laçında qalan ermənilər işğal dövründə xüsusilə Yaxın Şərqdən bura köçürülənlərdir. A.Çavuşyan da 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib, 2016-cı ildə Zabux kəndinə köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb. 

Tarix
10 Avqust 2022 [21:30]
Müəllif
Üç nöqtə
2022-08-10 21:30:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin