UEFA Konfrans Liqasında Azərbaycanın daha bir təmsilçisi mübarizəyə başlayıb.
Ucnoqta.az xəbər verir ki, "Qəbələ" Macarıstanda "Fehervar"ın qonağı olub. "MOL Arena"dakı qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.
İlk yarı 1:1 hesablı heç-heçə ilə bitib. İkinci yarıda rəqib "Qəbələnin qapısından daha üç top keçirərək 1:4 hesablı qalib gəlib.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 28-də Qəbələdə olacaq.