Ucnoqta.az
www.ucnoqta.az

"Qəbələ" səfərdə darmadağın oldu

22:58 - 21 İyul 2022 tarixində dərc olunub.

UEFA Konfrans Liqasında Azərbaycanın daha bir təmsilçisi mübarizəyə başlayıb.

Ucnoqta.az xəbər verir ki, "Qəbələ" Macarıstanda "Fehervar"ın qonağı olub. "MOL Arena"dakı qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

İlk yarı 1:1 hesablı heç-heçə ilə bitib.  İkinci yarıda rəqib "Qəbələnin qapısından daha üç top keçirərək 1:4 hesablı qalib gəlib. 

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 28-də Qəbələdə olacaq.

Müəllif: