Mohamed Salahın "Liverpul"la yeni müqaviləsinin təfərrüatları məlum olub. İndi 30 yaşlı misirli hücumçu həftədə 350 min funt sterlinqdən çox qazanır.
Ucnoqta.az xəbər verir ki, The Atheltic-in məlumatına görə, bonuslarla birlikdə onun maaşı həftədə təxminən 400 min funt sterlinqə çata bilər.
Mənbənin sözlərinə görə, mersisaydlılarla yeni müqavilə bağlanmazdan əvvəl Salahla "Barselona" maraqlanırdı.
Hücumçu müqaviləni uzatmasaydı, o zaman yanvarın 1-dən digər klublarla danışıqlar aparacaqdı, çünki onun əvvəlki müqaviləsi 30 iyun 2023-cü ilə qədər nəzərdə tutulurdu.
Salahla müqavilənin uzadılması "Liverpul"un ağıllı addımıdır. Komanda bununla sistemi pozmamağın və Salahı razı salmağın yolunu tapdı.