Ucnoqta.az
www.ucnoqta.az

Salah “Liverpul”da nə qədər qazanır?

12:00 - 6 İyul 2022 tarixində dərc olunub.

Mohamed Salahın "Liverpul"la yeni müqaviləsinin təfərrüatları məlum olub. İndi 30 yaşlı misirli hücumçu həftədə 350 min funt sterlinqdən çox qazanır.

Ucnoqta.az xəbər verir ki, The Atheltic-in məlumatına görə, bonuslarla birlikdə onun maaşı həftədə təxminən 400 min funt sterlinqə çata bilər.

Mənbənin sözlərinə görə, mersisaydlılarla yeni müqavilə bağlanmazdan əvvəl Salahla "Barselona" maraqlanırdı.

Hücumçu müqaviləni uzatmasaydı, o zaman yanvarın 1-dən digər klublarla danışıqlar aparacaqdı, çünki onun əvvəlki müqaviləsi 30 iyun 2023-cü ilə qədər  nəzərdə tutulurdu.

 

Salahla müqavilənin uzadılması "Liverpul"un ağıllı addımıdır. Komanda bununla sistemi pozmamağın və Salahı razı salmağın yolunu tapdı.

 

Müəllif: