Koronaya yoluxanların sayında artım var

17:17 - 25 İyun 2022 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19-dan ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 793 140 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 783 267 nəfər müalicə olunaraq sağalıb, 9717 nəfər vəfat edib, aktiv xəstə sayı 156 nəfərdir. Ölkədə son sutka ərzində 2371, hazırkı dövrədək isə 6 952 119 test aparılıb.


Xəbər xətti