Ağstafada yol qəzasında ölənlərin sayı 3-ə çatıb - FOTO

13:50 - 29 Mart 2022 - HADİSƏ

Bakı-Qazax magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 3-ə çatıb.

Qəza nəticəsində ağır xəsarətlər alan və Qazax Rayon Diaqnostika Mərkəzinə  Mirvari adlı qadın göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, Diaqnostika Mərkəzində daha bir nəfər yaralı - 1971-ci il təvəllüdlü Mətanət Əliyevanın müalicəsi isə davam etdirilir.


13:09

Ağstafada baş verən yol qəzasında 2 nəfər ölüb.

Bakı-Qazax magistral yolunun rayonun Köçəsgər kəndindən keçən hissəsində “Mersedec-Sprinter” markalı mikroavtobus qoşqulu yük maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb.

Xəsarət alan bir neçə nəfər Ağstafa və Qazax xəstəxanalarına aparılıb.

Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Gəncə-Qazax xətti üzrə işləyirmiş.///apa


12:49

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.

Hadisə yerinə Təcili Tibbi Yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.///report


Xəbər xətti