Goranboyda arvadını öldürən şəxsin - Fotoları

12:05 - 25 Mart 2022 - HADİSƏ

Xəbər verdiyimiz kimi, Goranboyda həyat yoldaşını avtomobillə vurduqdan sonra bıçaqla qətlə yetirən şəxs saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, "Land Rover Discovery" markalı avtomobillə rayonun Dəliməmmədli şəhərində həyat yoldaşı Məmmədova Əfsanə Faxrəddin qızını vuran Mehman Süleymanov sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bir ildir faktiki olaraq ayrı yaşayan Əfsanə ilə Mehmanın iki oğlu var. 

Qeyd edək ki, M.Süleymanov avtomobillə Əfsanəni Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında vurub, daha sonra bıçaqla ona xəsarətlər yetirib. Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı cinayət işi başlanıb.

 


Xəbər xətti