Ötən gün 82 nəfər toy şənliyinə buraxılmadı

09:23 - 25 Fevral 2022 - Cəmiyyət

Fevralın 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 82 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

82 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

 

Xəbər xətti