Fevralın 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 82 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
82 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.