Futbol üzrə qadınlardan ibarət Yeni Zelandiya millisinin futbolçusu Meykala Mur ABŞ millisi ilə oyunda öz qapısına üç qol vurub.
Onun het-triki “ideal” adlandırılıb. Belə ki, 25 yaşlı futbolçu öz qapısından həm sol, həm sağ ayağı, həmçinin başla top keçirib.
M.Mur qarşılaşmanın 5, 6 və 36-cı dəqiqələrində avtoqol müəllifi olub. O, ilk hissənin sonunda əvəzlənib.
Qarşılaşma 0:5 hesabı ilə ABŞ millisinin qələbəsi ilə nəticələnib.
///oxu.az