Ucnoqta.az
www.ucnoqta.az

Millinin futbolçusu 31 dəqiqədə öz qapısına het-trik etdi - <font color=red><b>VİDEO</b></font>

22:05 - 21 Fevral 2022 tarixində dərc olunub.

Futbol üzrə qadınlardan ibarət Yeni Zelandiya millisinin futbolçusu Meykala Mur ABŞ millisi ilə oyunda öz qapısına üç qol vurub.

Onun het-triki “ideal” adlandırılıb. Belə ki, 25 yaşlı futbolçu öz qapısından həm sol, həm sağ ayağı, həmçinin başla top keçirib.
M.Mur qarşılaşmanın 5, 6 və 36-cı dəqiqələrində avtoqol müəllifi olub. O, ilk hissənin sonunda əvəzlənib.

Qarşılaşma 0:5 hesabı ilə ABŞ millisinin qələbəsi ilə nəticələnib.


​///oxu.az

Müəllif: