Yanvarın 22-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin yeddinci turunun oyunları keçirilib.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda macarıstanlı Riçard Rapportla heç-heçə edib.
Qeyd edək ki, yeddi turdan sonra Ş.Məmmədyarov 4,5 xalla liderdir. Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ikinci pilləni tutur.
Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir.
Turnirdə 14 şahmatçı iştirak edir.