4-cü sinif dərsliyində 20 Yanvar faciəsi təhrif olundu - FOTO

23:04 - 17 Yanvar 2022 - Cəmiyyət

Məktəblərdə 4-cü sinif rus bölməsi üçün tədris olunan "Rus dili" dərsliyində 20 yanvar faciəsi ilə bağlı təhrif olunmuş məlumat yerləşdirilib

Ucnoqta.az xəbər verir ki, bu sosial şəbəkədə müzakirələrə səbəb olub. Belə ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun dinc azərbaycanlılara qarşı törətdiyi cinayət hadisəsi Bela Nuriyeva və Nigar Mustafazadənin müəllifi oluqları "Rus dili" dərsliyində təhrif olunmuş formada təqdim olunub. Dərslikdə dinc sakinlərin Bakıda döyüşlər zamanı arada qalaraq həlak olduğu qeyd olunur. 

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.


Xəbər xətti