Mühafizəçi yoluna çıxan uşağı tapdalayıb keçdi - VİDEO

10:24 - 31 Dekabr 2021 - HADİSƏ

Böyük Britaniyada Kral Qvardiyası ilə maraqlı insident yaşanıb. Yürüş zamanı mühafizəçilərdən biri onun yolunda dayanan uşağı yıxıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, həmin anlar yürüşü izləyən şəxslərdən birinin mobil telefonun kamerasına düşüb və müzakirələrə səbəb olub. Bəzi şərhçilər mühafizəçinin uşağın ətrafından keçə biləcəyini yazıblar.

Digərləri isə mühafizəçini müdafiə edərək, onun öz işi ilə məşğul olduğunu deyib, valideynlərin uşaqlarına baxmalı olduğunu bildiriblər.

Xəbər xətti