Ucnoqta.az
www.ucnoqta.az

Mühafizəçi yoluna çıxan uşağı tapdalayıb keçdi - <font color=red><b>VİDEO</b></font>

10:24 - 31 Dekabr 2021 tarixində dərc olunub.

Böyük Britaniyada Kral Qvardiyası ilə maraqlı insident yaşanıb. Yürüş zamanı mühafizəçilərdən biri onun yolunda dayanan uşağı yıxıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, həmin anlar yürüşü izləyən şəxslərdən birinin mobil telefonun kamerasına düşüb və müzakirələrə səbəb olub. Bəzi şərhçilər mühafizəçinin uşağın ətrafından keçə biləcəyini yazıblar.

Digərləri isə mühafizəçini müdafiə edərək, onun öz işi ilə məşğul olduğunu deyib, valideynlərin uşaqlarına baxmalı olduğunu bildiriblər.

Müəllif: