Azərbaycan yeni silahlar istehsal edəcək

12:46 - 6 Dekabr 2021 - Cəmiyyət

Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli birlik və müəssisələri tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin “Sifariş”ləri əsasında 67 adda yeni silah və hərbi texnika və digər hərbi əmlakların yaradılması (təcrübi-konstruktor işlərin) aparılması nəzərdə tutulub.

Yeni silahlar təcrübi-konstruktor işlər başa çatdıqdan sonra istehsal edilərək müvafiq qaydada Silahlı Qüvvələrə təhvil verilir.
Bu barədə MSN-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“Ötən illərdə 156 adda məmulat yaradılıb (təcrübi-konstruktor işlər) və 1 000 addan (nomenklaturadan) çox məmulatlar mənimsənilib və Silahlı Qüvvələr bu məmulatlarla təchiz edilib”, - qeyd olunub.

Xəbər xətti